"Qəbələ"də yeni qapıçı

"Qəbələ"də yeni qapıçı
19:48 15 Yanvar 2015
216 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Trend klubun saytına istinadən məlumat verir ki, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb. "Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. D.Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

15 noyabr 1983-cü ildə Ukraynada anadan olan D.Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çernomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.

192 sm boya, 83 kq çəkiyə malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR