"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İtaliyalı mütəxəssislər kəmərin Qaradənizin dibi ilə keçən hissəsində inşaat işləri aparacaqlar.
Qeyd edək ki, layihədə sifarişçi qismində çıxış edən "Gazprom"-un bu qərarını "Saipem" şirkətində ötən ilin dekabrında gözləyirdilər.
"Türk axını" kəmərinin 2016-ci ilin sonunda işə salınması planlaşdırılır.