Azərbaycan xalqı Heydər Əliyev sayəsində sabaha inamla baxır

Azərbaycan xalqı Heydər Əliyev sayəsində sabaha inamla baxır
21:48 10 May 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC
Azərbaycan, bütün Azərbaycan xalqı Heydər Əliyev sayəsində layiqli həyat yaşayır, sabaha inamla baxır. Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı sakini Mübariz Əliyev səsləndirib.
O, hər il mayın 10-da – Ulu Öndərin doğum günündə bu dahi şəxsiyyətin məzarı önünə çiçəklər qoyub onun nurlu xatirəsini anmağı hər bir azərbaycanlının mənəvi borcu sayır. M.Əliyev Azərbaycan xalqının milli mənlik hissinin oynamasında Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Onun sözlərinə görə, Ümummilli Liderin bilavasitə iştirakı ilə müstəqil siyasət yürüdülməsəydi, ölkəmizi dünyanın qabaqcıl ölkələri ilə bir cərgəyə qoyan uğurlara imza atmaq mümkün olmazdı.
M.Əliyev ümidvar olduğunu bildirib ki, Azərbaycan ortaya çıxan bütün məsələləri bundan sonra da müvəffəqiyyətlə həll edəcək, çünki ölkəmizin rəhbərliyi Azərbaycan xalqı ilə birlikdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu həmişə davam etdirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalqi_Heyder_Aliyev_sayesinde_sabaha_inamla_baxir-854029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR