Iranin dovlet televiziya ve radiosu xarici olkelerdeki numayendeliklerini baglayir

Iranin dovlet televiziya ve radiosu xarici olkelerdeki numayendeliklerini baglayir
09:48 16 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Azerbaycan, Baki, 16 yanvar /Trend, muxbir Temkin Ceferov/

Iran Dovlet Televiziya ve Radio Teskilatinda struktur deyisikliyi ve islahatlar cercivesinde teskilatin xarici olkelerde yerlesen ve effektiv fealiyyet gostermeyen numayendelikleri baglanir. Bu barede Trend Iranin "Tabnak" xeber saytina istinaden melumat verir.

Sayta bildirilib ki, dunyanin muxtelif olkelerinde Iran Dovlet Televiziya ve Radio Teskilatinin numayendelikleri kulli miqdarda vesait hesabina fealiyyet gosterir, amma onlardan bezileri effektiv fealiyyet gostermir.

"Tabnak"in yazdigina gore, Teskilat Iran ucun onemli olan dord esas olkede - ABS ( Nyu-York), Britaniya (London), Suriya (Demesq) ve Iraqda (Bagdad) oz numayendeliklerini saxlayir, diger numayendeliklerini baglayir.

Qurum qerara alib ki, bundan sonra diger olkelerde bas veren prosesler ya "El-Alem" ve "PressTV"-nin kadrlarindan istifade etmekle, ya da hadise bas veren olkelerin yerli televiziya kanallarina istinaden isiqlandirilacaq. Teskilat bezi vaxtlarda hadise bas veren olkelere cekilis qruplari gondere bileceyini de aciqlayib.

Qeyd edek ki, bir muddet once Iranin ali lideri ayetullah Eli Xamenei Dovlet Televiziya ve Radio Teskilatina yeni sedr teyin edib. Ali liderin serencamina esasen, Mehemmed Serefraz son 10 ilde bu teskilata basciliq eden Izzetullah Zerqamini evez edib. Yeni sedr ise baslayandan sonra kanalin rehberliyinde calisanlar kutlevi sekilde tutduqlari vezifeden uzaqlasdiriliblar. Struktur deyisikliyi ve islahatlar cercivesinde teskilata daxil olan bir nece kanal legv edilib ve diger kanalla birlesdirilib.

Iran KIV-in melumatina gore, M.Serefraz ise basladigi gunden Dovlet Televiziya ve Radio Teskilatinda esasli islahatlara el atib. Bezi KIV-ler bunu "Islam Inqilabindan sonra gorunmemis islahatlar" adlandirib.

Iran Dovlet Televiziya ve Radio Teskilatinin Azerbaycanda numayendeliyi 1992-ci ilden fealiyyet gosterir.

Meqale muellifi ile elaqe unvani: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR