Azərbaycan klubları "Facebook"da: lider kimdi?

Azərbaycan klubları "Facebook"da:   lider kimdi?
09:52 16 Yanvar 2015
116 İdman
Ölkə mətbuatı
A- A+

Müasir dünyada sosial medianın əhəmiyyətindən uzun-uzadı danışmağa ehtiyac yoхdu. Bütün sahələrdə olduğu kimi, futbolda da sosial şəbəklər mühim yer tutur.

Son dövrlər Azərbaycan klubları da sosial mediada fəaliyyətini gücləndirir. Fanat.az Premyer Liqa təmsilçilərinin ölkəmizdə ən populiyar sosial şəbəkədə - "Facebook"dakı fəaliyyətini araşdırıb.

Məlum olub ki, "Facebook"dakı ən fəal klubumuz "Neftçi"di. "Ağ-qaralar"ın rəsmi hesabını indi 150 mindən artıq sosial media iştirakçısı izləyir.

"Facebook" tərəfindən təsdiqlənmiş ilk rəsmi futbol klub səhifəsi olan "Qarabağ"ın hesabını izləyənlərin sayı 100 mini keçib. İlk "üçlüy" 78 mindən artıq istifadəçi tərəfindən bəyənilən "Bakı"nın rəsmi səhifəsi qapayır.

Ən böyük azarkeş kütləsinə sahib olan "Xəzər Lənkəran"ın rəsmi səhifəsi isə cəmi 8361 nəfər tərəfindən bəyənilib.

1. Neftçi - 150.290
2. Qarabağ - 100.076
3. Bakı - 78.420
4. Qəbələ - 77.051
5. Xəzər Lənkəran - 8.361
6. Sumqayıt - 3.461
7. Simurq - 2.900
8. İnter - 2.455
9. AZAL - 674

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-klublar-quotfacebookquotda-t17492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR