Sxadadze tarix yazdı

Sxadadze tarix yazdı
12:48 11 May 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 may /Trend/

Baçana Sxadadze “İnter”in heyətində yubiley qolunu vurub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, Premyer Liqanın 33-cü turunun “Neftçi” ilə qarşılaşmasında (4:0) hesabı açan gürcüstanlı hücumçu komandasının heyətində çempionat matçlarında 30-cu dəfə fərqlənib. Oyunun gedişində ikinci dəfə fərqlənib, dublunu rəsmiləşdirən Sxadadze qol hesabını 31-ə çatdırıb. O, buna 114 matçda nail olub. 2010/11 mövsümündə debüt etdiyi komandada ilk qolunu növbəti çempionatda vuran hücumçu 2011/12 mövsümündə 7, 2012/13 mövsümündə 8, ötən çempionat 10 dəfə rəqib qapılarına yol tapıb. Cari mövsümdə isə B.Sxadadze 6 qola imza atıb.

Baçana “İnter”in tarixində Premyer Liqada ən məhsuldar oyunçudur. Valter Quqlemon 28, Xaqani Məmmədov 22, Elşən Məmmədov isə 21 dəfə fərqlənib.

Qeyd edək ki, əvvəllər “Simurq”da da oynayan Sxadadze ümumilikdə Premyer Liqada 127 qarşılaşmada 36 qol vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2393520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR