Gəncə şəhər sakini dəm qazından zəhərlənib

10:52 16 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 10:36 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin “Avtozavod” qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü İntizar Xəlilova dəm qazından ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Tibbi yardım nəticəsində 34 yaşlı qadının həyatını xilas etmək mümkün olsa da, onun vəziyyətinin ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, İ. Xəlilova yaşadığı evin vanna otağında ehtiyatsızlıqdan dəm qazından zəhərlənib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR