“Konsertə getdiyimə görə anam məni saçladı”

“Konsertə getdiyimə görə anam məni saçladı”
13:21 12 May 2015
40 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nuriyyə Əhmədova APA-ya müsahibə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi ən böyük arzusunun müğənnilik olduğunu, valideynləri tərəfindən buna icazə verilmədiyini deyib:

“...Müğənni olmaq istəyirdim, nənəm anama deyirdi, bu qız hara gedir, elə “nanay-nanay” eləyir, bizi biabır eləyəcək. Həyətdə oxuyub-oynayanda səsim bazara gedirdi. Televizor təzə-təzə çıxan vaxtlarda qonşularımız almışdılar. Atam bizə almırdı ki, televizor oldusa, o ev batdı. Bir də soyuducu almağa icazə vermirdi. Deyirdi, insan gərək bişirib təzə-təzə yesin, vəssalam, səhərə saxlamasın. Məni elə şeylər salamat saxladı. Yoxsa sizin indiki yedikləriniz... Bilmirəm, axırı necə olacaq. Birinci sinifdə oxuyanda nəğmə dərsi ayrı keçirilirdi. Cəfər müəllim vardı, tardan dərs deyirdi. Xor oxuyanda gördü bir səs seçilir. Çağırdı lövhənin qabağına, oxudum, bütün sinif mat qaldı. Adımı yazdılar dərnəyə, amma evdən icazə vermirdilər. Bir dəfə konsertə getdiyimə görə anam məni saçladı”.

N.Əhmədova incəsənət sahəsinə meyl etdiyi üçün anasının həmişə onu qarğadığını etiraf edib:

“Anam axıra qədər mənə qarğış elədi. Qoymurdu, deyirdi, gün görməyəcəksən. Ən yaxşı vaxtlarımda nə atam uğurlarımı gördü, nə anam. Zeynəb Xanlarovanın “Arzu qızım” mahnısı təzə çıxmışdı, qonşumuz anama dedi, Nuriyyə Zeynəbin mahnısını nə gözəl oxuyur. Anam əsəbiləşdi ki, Zeynəb Xanlarova nə olub, mənim qızım da nə olacaq? Yox bir, Şövkət Ələkbərova olacaq? Oxumaq sənətinə yüngül sənət kimi baxırdılar. Tofiq Bakıxanov bizim bağ qonşumuz idi. Sonra gördü ki, onun evinə kimlər gedib-gəlir, hörmət edirlər, ona görə çox dərinə getmədi. Tofiq müəllimin yoldaşı da anamı dilə tutmuşdu ki, bu qızın böyük gələcəyi var. Asəf Zeynallıya sənət vermişdim, Şahnaz Haşımovanı, Ağaxan Abdullayevi orda görmüşdüm...”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=30368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR