Roma Papası sülh axtarır

Roma Papası sülh axtarır
12:46 16 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papasi ilk dəfə Filippinə səfərə gedib. Onun gündəliyinə ölkədəki müsəlman liderləri ilə görüş də daxildir. Fransanın "Charlie Hebdo" satirik həftəlik jurnalının İslam peyğəmbərini təhqir etməsindən, Parisdə terror hücumlarının baş verməsindən sonra Roma Papası sülhü dialoq yolu ilə bərpa etməyə çalışır.

ANS PRESS-in məlumatına görə, Roman katoliklərindən ibarət Filippinin 100 milyonluq əhalisinin 10 faizini müsəlmanlar təşkil edir. "Amerikanın səsi" xəbər verir ki, Parmanan Hacul xristianların çoxluq təşkil etdiyi bu ölkədə müsəlman dindarlara qarşı təzyiqlərin olmadığını deyir: “Öz təcrübəmdən deyə bilərəm ki, mənim xristianlar və katoliklər arasında çox sayda dostum var. Biz çox mehriban dolanırıq. Mən və digər müsəlmanlar Papanı öz ölkələrində görməkdən çox məmnundurlar."

Filippində səfərdə olan Roma Papası müsəlman və buddaçı liderlərlə görüşür. Bu, burada yaşayan bir çox müsəlman üçün xoş niyyət əlamətidir. Mavi Məscidin baş imamı Ustad Abdulla Seyidi deyib: “Əgər dünyanın dini icmalarının liderləri Papa ilə bir arada danışa billəsələr onda dünyadakı anlaşılmazlıqları aradan qaldırmaq olar.”

Dini məsələrlər üzrə bəzi müşahidəçilər dinlərarası dialoqun Filippinin Mindanao vilayətində hokumətlə islamçı separatçılar arasında on illər davam edən qarşıdurmanın səngiməsinə səbəb olduğunu söyləyirlər.

Culkipli Vadi Filippin Universitetində İslam Araşdırmaları fənnindən dərs keçir: “Fikrimcə, Roma Papasının sülhməramlı səfəri özünün bəhrəsini verəcək, köhnə səhifə bağlanacaq və yeni səhifə açılacaq.”

Fransanın satirik jurnalına edilən terror hücumu müsəlmanlarla söz azadlığı uğrunda mübarizə aparanlar arasında fikir ayrılıqlarına səbəb olub. Lakin çoxları Papanın bölgəyə səfərinin tərəflər arasında hörmətə əsaslanan dialoqa səbəb ola biləcəyini düşünür.

Mavi Məscidin imamı Roma Papasının səfərinin dinlərarası dialoqa yol açacağına ümid etdiyini bildirib: “Din bizi əmin-amanlığa, anlaşmaya və rifaha aparmalıdır. Müsəlmanlar və xristianlar bu dəyərləri paylaşırıq."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR