Ohanyan sərhədə gəldi

Ohanyan sərhədə gəldi
22:05 12 May 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonuna gələn Ohanyan buradakı müdafiə məntəqəsinə və hərbi hissənin poliqonuna baş çəkib.
 
O həmin hərbi hissədəki vəziyyətlə və əsgərlərin sərəncamındakı silahlarla tanış olub.
 
Ohanyan müdafiə məntəqəsindəki yeni silahlarla tanış olduqdan sonra burada keçirilən hərbi təlimləri izləyib. Daha sonra isə mətbuat konfransı keçirib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/340008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR