Şahmatın tarixi VI əsr Hindistanına gedib çıxsa da, bu gün hərbi qüvvələrdə bu “şahmat” üsulundan istifadə edilir. Tarixin ən istedadlı şahmatçısı, atası süvari diviziyasının leytenantı olmuş kubalı dahi Xose Kapablanka dörd yaşında ikən atasının oyununu izləyən zaman fiqurların hərbi simvolizminin onu necə valeh etdiyini belə demişdi.
Böyük hərb tarixçisi Entoni Bivorun ikinci dünya müharibəsində baş vermiş Stalinqrad və Berlin döyüşləri haqqında yazdığı kitabların milyonlarla nüsxəsi satılıb. Ancaq o, ilk olaraq, Britaniya ordusunun süvari alayında zabit kimi xidmət edib. Eyni zamanda şahmata böyük həvəsi olan Entoni Bivor generalların şahmat qrossmeysterlərinə bənzəyib-bənzəmədiyi sualı qarşısında belə cavab verib: “Generallar qrossmeysterlərə bənzədilməyi xoşlayır və özlərini bu şəkildə görməyi sevirlər. Ancaq həqiqət isə fərqlidir.” O demək istəyir ki, döyüşdə vəziyyət elə qarışıq olur ki. Burda bəxt və şansın böyük rolu var.
Bivor bunu da əlavə edir: “Müasir müharibə şəraitində tam qələbə ideyası, demək olar, yersizdi. Qazanmış ola bilərsiniz, ancaq bir də görürsünüz ki, qısa zaman kəsiyində yenidən məğlubsunuz. İraq bunun bir nümunəsidir.”
Əslində, 2003-cü il İraq işğalının hərbi memarı, ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld silahlı münaqişədə “bilinən bilinməyənlər” haqqında danışarkən özü də bilmədən şahmatla əsl hərbi əməliyyat arasındakı fərqə toxunub. Şahmat “mükəmməl informasiya” oyunu adlandırılan, hər bir oyunçunun rəqibinin planları haqqında bilməsi lazım olan hər şeyi lövhə üzərində gördüyü bir oyundur. Bəlkə də, buna görə, XIX əsrdə alman zabitlər təlim vasitəsi kimi lövhə üzərində oynanılan və şahmata bənzəyən “müharibə oyununu” (Kriegspiel) yaratdılar. Daha sonra isə bu oyun şahmat variantına uyğunlaşdırıldı. Bu yeni versiyada üç lövhədən istifadə olunur, heç bir oyunçu rəqibinin lövhəsini və ya fiqurlarını görmür, üçüncü lövhə isə hər bir iştirakçının gedişlərini icra edən hakim tərəfindən idarə olunurdu.
Müasir dövrdə isə hərbi qüvvələrdə şahmat kompüter proqramları sahəsində bəzilərinin şüurunu əsir alıb. Araşdırmalar nəticəsində məlum olub ki, soyuq müharibənin son ili – 1989-cu ildə Britaniyanın süni intellekt üzrə o vaxtkı rəsmisi Donald Mişinin işlərinə maliyyə dəstəyi ABŞ Ordusunun Tədqiqat İnstitutu tərəfindən göstərilirmiş.
Mişi Qlazqo şəhərində yerləşən “Turing” insitutunun baş elmi işçisi olub. Hazırda ən çox Nasistlərin eniqma kodunu sındırmasına görə məşhur olan Türinqlə bu işdə təkcə Mişi yox, İngiltərənin bütün şahmat komandası çalışmışdı. 2007-ci ildə vəfat edən Mişi “ata qarşı iki fil” strategiyasının hərbidə böyük miqyasda istifadə edildiyini bildirmişdi. Daha sonra bu da məlum olub ki, əvvəllər “Deep Thought”, sonradan isə “Deep Blue” adlandırılan və 1997-ci ildə dünya çempionu Harri Kasparovu məğlub edərək sensasiyaya səbəb olan şahmat üzrə kompüterlər qismən ABŞ Müdafiə Nazirliyinin Təkmilləşdirilmiş Tədqiqat Layihələri Agentliyi “Darpa” tərəfindən maliyyələşdirilirmiş.
1989-cu ildə isə “Darpa”-nın tədqiqat üzrə ekspert sistemlərin rəhbəri polkovnik-leytenant Robert Simpson “Deep Thought” şahmat proqramının hərbidə döyüş vəziyyətində naviqasiya məqsədilə tətbiq edildiyini, pilotun keçdiyi ərazi haqda məlumatlarla proqramlaşdırılmış belə bir mexanizmin bütün müxtəlif marşrut seçimlərini rəqəmsal formata çevirə və optimal yolu seçə biləcəyini bildirmişdi.
Maraqlıdır ki, “Darpa” agentliyi 2007-ci ildə döyüş üzrə kompüter sistemi yaradılması layihəsini “Deep Green” adlandırdı. Aydındır ki, bu, Kasparovu məğlub etmiş “Deep Blue” proqramına hörmət əlaməti olaraq edilmiş bir şey idi. Kasparovun məğlub edildiyi oyuna gəldikdə isə, bu oyun 1972-ci ildə Bobbi Fişer və Boris Spasski arasında keçən oyundan sonra tarixin ən məşhur şahmat oyunu hesab edilməlidir.
1972-ci ildə Reykyavikdə baş tutan oyun fərqli bir münaqişə növündə – soyuq müharibədə şahmatın rolunu göstərirdi. Sovet İttifaqı üçün şahmat lövhəsində üstünlük sosialist sistemin kapitalist sistem üzərində üstünlüyünü göstərirdi. Hər şeydən əvvəl, şahmat elə “intellekt meyarı” olmalı deyildimi?
Bir amerikalı ilə bir rusiyalı arasında gedən bu individual mübarizənin strateji əhəmiyyətini oyunu tərk etməməsi üçün Fişerə şəxsən zəng vuran, Milli Təhlükəsizlik üzrə o vaxtkı müşavir Henri Kissincerin müdaxiləsi göstərdi.
Entoni Bivordan bütün generallar arasında ən fərasətlisinin kim olduğunu soruşduqda isə o, Napoleonun adını çəkib. Korsikanın uğurlu əməliyyatlarının arxasında hücumların sürəti və qüvvələrin, əsas etibarilə, rəqibin ən zəif cəhətində cəmlənməsi dayanırdı. Bunları da ən istedadlı şahmatçılarla əlaqələndirə bilərik.
Eyni zamanda bu “kiçik generalın” da şahmata böyük həvəsi var idi, xüsusilə də, Müqəddəs Yelena adasına sürgün edildikdən və sərəncamında artıq ordu qalmadıqdan sonra.
İkinci dünya müharibəsindən sonra şahmatda bir insana qalib gəlmək süni intellekt üzrə bir çox tədqiqatçılar üçün böyük bir hədəf idi və bu, düşündüklərindən də asan oldu.