Azərbaycanda avtomobil nömrələrini baha qiymətə satanlar həbs edildi

Azərbaycanda avtomobil nömrələrini baha qiymətə satanlar həbs edildi
13:09 16 Yanvar 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə yayılan xəbərlərə rəsmi münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur.

Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR