Azərbaycanın U-17 komandasından qələbə və məğlubiyyət

Azərbaycanın U-17 komandasından qələbə və məğlubiyyət
13:19 16 Yanvar 2015
94 İdman
Ölkə mətbuatı
A- A+



Bakı, 16 yanvar, AzərTAc
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirib.
AFFA-dan AzərTAc-a bildiriblər ki, yerli “Balkan Fenerbaxça” komandası ilə qarşılaşan yığmamız 9:0 hesablı qələbə qazanıb. Yusif Cəfərovun het-tirk etdiyi oyunda, Oruc İsmayılov, Famil Camalov və Nicat Süleymanov hərəyə iki dəfə fərqləniblər.
Növbəti qarşılaşmada rəqib Xorvatiyanın “RNK Split” komandası olub. Xorvatiya təmsilçisi qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR