Estoniya polisindən qayda pozan sürücülərə qəribə cərimə üsulu

Estoniya polisindən qayda pozan sürücülərə qəribə cərimə üsulu
20:57 27 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq "sakitləşdirici tənəffüs" adlandırıblar.

Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/789777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR