Pakistan Baş nazirinin təyyarəsində HƏYƏCANLI ANLAR

Pakistan Baş nazirinin təyyarəsində HƏYƏCANLI ANLAR
13:17 28 Sentyabr 2019
112 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan Baş naziri İmran Xanın təyyarəsi texniki nasazlıq səbəbindən Nyu-Yorka qayıdıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hava gəmisində baş nazirlə yanaşı, BMT Baş Assambleyasında iştirak edən Pakistan nümayəndə heyəti də olub. 

Məlumatlara görə, təyyarə Con Kennedi aeroportundan gecə saatlarında havaya qalxıb. Bir müddət sonra pilot texniki nasazlığın yarandığını bildirib və təyyarəni təcili şəkildə aeroporta endirib. 

Texniki nasazlığın səbəbləri ilə bağlı hələlik heç bir məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/789943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR