Xırdalanda faciə: mühafizəçi avtobusda öldü

Xırdalanda faciə: mühafizəçi avtobusda öldü
14:37 28 Sentyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda 62 yaşlı kişi marşrut avtobusunda ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün rayon polis idarəsinə bir nəfərin Xırdalan şəhərində 135 nömrəli avtobusun içində ölməsi ilə bağlı məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, Ordubad rayon sakini 1952-ci il təvəllüdlü Şəhriyar Qafarov mühafizəçi işlədiyi Xırdalan şəhərində yerləşən "Zirvə" liseyindən evə gedən zaman arxa oturacaqda ürək çatışmamazlığından ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/789966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR