Boliviyanın cənubunda ağır avtomobil qəzası baş verib.

Metbuat.az xəbər verir ki, baş verən qəzada ən az 18 nəfər ölüb, daha 17 nəfər yaralanıb.

Məlumata əsasən, Qəza Potosi departamentində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb.

İlkin məlumata görə, qəzaya səbəb yük maşının sürət həddini aşmasıdır.