Peru prezidenti Martin Viskarra Konqresi (ölkənin birpalatalı parlamenti-red) buraxdığını elan edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. "Mən konstitusiyaya uyğun olaraq Konqresi buraxmağa və seçkiləri çağırmağa qərar verdim", - o deyib. Dövlət başçısının videomüraciəti "Facebook"da yayımlanıb.