Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb.
Metbuat.az -ın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Məlumata əsasən, hadisə Melikgazi rayonunda baş verib. Xəzinə tapmaq üçün qazılmış yeraltı tunelin çökməsindən sonra iki nəfər dağıntılar altında qalıb.
Hadisə ilə bağlı araşdırma başlayıb. (trend.az)