Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də doğum gününü açıq təbiətdə keçirəcək.

Metbuat.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, V.Putin həmin günü yaxınları ilə birgə olacaq.

Qeyd edək ki, bu il V.Putinin 67 yaşı tamam olur.