Tramp Şimali Koreyaya yeni “nüvə saziş”i TƏKLİF ETDİ

Tramp Şimali Koreyaya yeni “nüvə saziş”i TƏKLİF ETDİ
14:37 5 Oktyabr 2019
123 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp Şimali Koreyaya yeni "nüvə təklif"i edib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, ABŞ Yonbene şəhərində yerləşən ən böyük nüvə obyektini demontaj edəcəyi təqdirdə rəsmi Pxenyana BMT-nin tekstil və daş kömürü ilə bağlı bu ölkəyə tətbiq etdiyi sanksiyaları 3 il müddətinə ləğv edəcəyini söz verib.

Eyni zamanda, Şimali Koreya rəhbərliyi uranın zənginləşdirilməsi prosesini də dayandırmalı olacaq. Yüksək vəzifəli məmurlar Trampın bu qərarını oktyabrın 1-də Milli Təhlükəsizlik Şurasının iclasında açıqladığı xəbər verilir. O, BMT-nin bu təkliflərlə razılaşmayacağı təqdirdə, ABŞ-ın birtərəfli qaydada həmin sanksiyaları ləğv edəcəyini sözlərinə əlavə edib.

Donald Tramp bundan əvvəl, Şimali Koreya lideri Kim Çen Inla 2 dəfə görüş keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/791844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR