"Müğənnilər simiclik etməsinlər" – Günə 40 min qazanan Rüstəm Cəbrayılov -

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi dünyaca məşhur model Rüstəm Cəbrayılov olub.

Metbuat.az xəbər verirki, tanınmış model yerli müğənniləri simiclikdə ittiham edib:

“Sağlıqlarına qismət qazanırlar. Amma iş görməyə gələndə, modellərə pul vermək istəmirlər. Simiclik etməsinlər, çünki bizim sahə də inkişaf etməlidir. Mən də bunun üçün çalışıram. Sevda Yəhyayeva ilə yaxın dostuq. Məni klipinə çəkmək istəyirdi. Amma son cümləsi o oldu ki, sən Brilliant Dadaşovanın, Dilarə Kazımovanın klipinə çəkildin. Çox göründün deyə başqa seçim etməliyəm. Daha sonra Damla xanım məni dəvət etdi. Mən məbləğ dedim. Mənə dedilər ki, bu Damla xanımın klipidir. Mən qiymət baxımından Azərbaycana uyğun məbləğ deyirəm. Məsələn, Nyu-Yorkda çəkilişim olub. Günümə 40 min dollar almışam”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR