AVRO-2020: Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək

AVRO-2020: Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək
07:32 10 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII tura start veriləcək.
"Report"un məlumatına görə, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil olunacaq. 
E qrupunda Azərbaycan millisi heç bir matç keçirməyəcək. Əvəzində Xorvatiya Macarıstanı, Slovakiya isə Uelsi qəbul edəcək. Qrupda Azərbaycan komandasından başqa digərləri final mərhələsi üçün şanslarını saxlayır. 
C qrupunda rəqiblərindən bir oyun az keçirən Hollandiya Şimali İrlandiya ilə üz-üzə gələcək. Qrupun digər qarşılaşmasında Belarus Estoniya ilə qarşılaşacaq.
G qrupunun iddialı komandalarından Polşa Latviyanın, Sloveniya isə Şimali Makedoniyanın qonağı olacaq. Son turlara kimi şansını qorumaq istəyən Avstriya İsraili qəbul edəcək.
I qrupundakı oyunlardan sonra isə Belçika və Rusiya final mərhələsinə vəsiqəni vaxtından əvvəl əldə edə bilər. 
AVRO-2020
Seçmə mərhələ, VII tur
10 oktyabr
C qrupu
20:00. Belarus - Estoniya
22:45. Hollandiya - Şimali İrlandiya
Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Şimali İrlandiya - 12 (5), Hollandiya - 9 (4), Belarus - 3 (5), Estoniya - 0 (5).
E qrupu
22:45. Xorvatiya - Macarıstan
22:45. Slovakiya - Uels
Xal durumu: Xorvatiya - 10 xal (5 oyuna), Slovakiya - 9 (5), Macarıstan - 9 (5), Uels - 6 (4), Azərbaycan - 1 (5).
G qrupu
22:45. Avstriya - İsrail
22:45. Şimali Makedoniya - Sloveniya
22:45. Latviya - Polşa
Xal durumu: Polşa - 13 xal (6 oyuna), Sloveniya - 11 (6), Avstriya - 10 (6), Şimali Makedoniya - 8 (6), İsrail - 8 (6), Latviya - 0 (6).
I qrupu 
18:00. Qazaxıstan - Kipr 
22:45. Belçika - San Marino 
22:45. Rusiya - Şotlandiya 
Xal durumu: Belçika - 18 xal (6 oyuna), Rusiya - 15 (6), Qazaxıstan - 7 (6), Kipr - 7 (6), Şotlandiya - 6 (6), San Marino - 0 (6).

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-xorvatiya-macaristani-slovakiya-uelsi-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR