Bakıda Meksika səfirinin sürdüyü avtomobil qəzaya düşüb

Bakıda Meksika səfirinin sürdüyü avtomobil qəzaya düşüb
16:17 11 Oktyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.
"Report"un xəbərinə görə, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.
Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-meksika-sefirinin-surduyu-avtomobil-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR