“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Üzərində britaniyalı rəssam Uilyam Terenerin şəkli olan yeni əskinas 2020-ci ilin fevral ayından tədavülə buraxılacaq.
Yeni pullar ən müasir mühafizə elementləri ilə təchiz edilib və bu baxımdan hazırda tədavüldə olan analoqlarını üstələyir. Bundan başqa, polimer əskinaslar kağız əskinaslardan 2,5 dəfə daha çox istifadə edilə bilər və ətraf mühitə daha az ziyan vurur. Kağızdan hazırlanmış 20 funt-sterlinqlik əskinasların isə tədricən tədavüldən çıxarılması nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl İngiltərənin tənzimləyici qurumu 5 və 10 funt-sterlinqlik polimer pulları dövriyyəyə buraxıb. 2021-ci ildə isə 50 funt-sterlinqlik polimer banknotların tədavülə buraxılması planlaşdırılır. Onun üzərində isə britaniyalı riyaziyyatçı Alan Tyurinqin şəkli olacaq.