AVRO-2020: Hollandiya Belarusla, Almaniya Estoniya ilə qarşılaşacaq

AVRO-2020: Hollandiya Belarusla, Almaniya Estoniya ilə qarşılaşacaq
07:37 13 Oktyabr 2019
129 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.
"Report"un məlumatına görə, 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq.
E qrupunda yer alan Azərbaycan millisi Macarıstanın qonağı olacaq. Digər matçda isə Uels Xorvatiyanı qəbul edəcək. A qrupunun liderlərindən Hollandiya səfərdə Belarusla, Almaniya isə Estoniya ilə üz-üzə gələcək. B qrupunda Belçika final mərhələsinə vəsiqəni təmin edib.
AVRO-2020
Seçmə mərhələ, VIII tur
13 oktyabr
C qrupu
20:00. Belarus - Hollandiya
22:45. Estoniya - Almaniya
Xal durumu: Hollandiya - 12 xal (5 oyuna), Almaniya - 12 (5), Şimali İrlandiya - 12 (6), Belarus - 4 (6), Estoniya - 1 (6).
E qrupu
20:00. Macarıstan - Azərbaycan
22:45. Uels - Xorvatiya
Xal durumu: Xorvatiya - 13 xal (6 oyuna), Slovakiya - 10 (6), Macarıstan - 9 (6), Uels - 7 (5), Azərbaycan - 1 (5).
G qrupu
22:45. Polşa - Şimali Makedoniya
22:45. Sloveniya - Avstriya
Xal durumu: Polşa - 16 xal (7 oyuna), Avstriya - 13 (7), Şimali Makedoniya - 11 (7), Sloveniya - 11 (7), İsrail - 8 (7), Latviya - 0 (7).
I qrupu
17:00. Qazaxıstan - Belçika
20:00. Kipr - Rusiya
20:00. Şotlandiya - San Marino
Xal durumu: Belçika - 21 xal (7 oyuna), Rusiya - 18 (7), Kipr - 10 (7), Qazaxıstan - 7 (7), Şotlandiya - 6 (7), San Marino - 0 (7).

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-hollandiya-belarusla-almaniya-estoniya-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR