15 min macar uşağı Azərbaycana qarşı

15 min macar uşağı Azərbaycana qarşı
15:42 13 Oktyabr 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 20:00-da Budapeştdə "Grupama Arena" stadionunda Macarıstan və Azərbaycan futbol komandaları arasında Avro-2020-nin seçmə oyunu başlayacaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, UEFA Macarıstan Futbol Federasiyasını Slovakiya ilə seçmə matçında azarkeşlərin davranışlarına görə cəzalandırıb. Azərbaycanla oyunu stadionda yalnız 14 yaşa qədər uşaqlar izləyə bilərlər. Bu baxımdan, bugünkü matçda 15 min yeniyetmə yerli tamaşaçının iştirak edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, bu, iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb. Üstəlik, rəqib ən azı 3 qol vurub. DÇ-1998-in seçmə mərhələ matçlarında Azərbaycan evdə 0:3, səfərdə 1:3, AVRO-2020-nin seçmə oyunlarında evdə 0:4, səfərdə 0:3, cari seçmə tsikldə isə evdə 1:3 hesabı ilə uduzub.

Bu gün Azərbaycan komandasının oynadığı "E" qrupunda daha bir oyun keçiriləcək: Uels Xorvatiyanı qəbul edəcək.

Turnir cədvəli

1. Xorvatiya - 13 xal (6 oyun)

2. Slovakiya - 10 (6)

3. Macarıstan - 9 (6)

4. Uels - 7 (5)

5. Azərbaycan - 1 (5).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR