AVRO-2020-nin Bakı Könüllülük Proqramı üçün 4 min könüllü qeydiyyatdan keçib

AVRO-2020-nin Bakı Könüllülük Proqramı üçün 4 min könüllü qeydiyyatdan keçib
12:37 15 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020 Bakı Könüllülük Proqramı üçün indiyədək qeydiyyatdan keçənlərin sayı açıqlanıb.
"Report"un məlumatına görə, artıq qeydiyyyat prosesində 5 mindən çox könüllü iştirak edib. Könüllülər Proqramı üçün qeydiyyat noyabrın 30-dək davam edəcək. Müsahibə mərhələsinə dəvət olunanlardan isə yalnız 1900 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.
Müsahibə mərhələsində namizədin dil bilikləri yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, beynəlxalq idman tədbirində işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək.
Müsahibədən keçən namizədlər üçün proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klass və s. tədbirlərin keçirilməsi planlaşdırılır. Namizədlər proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirəcək, yeni beynəlxalq dostlar əldə edəcək, eləcə də futbol dünyasının bir hissəsi olacaqlar.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-ucun-5-minden-artiq-konullu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR