Pişikotunun möcüzəvi FAYDALARI – Sakitləçdirici dərmanların əsas tərkibidi

Pişikotunun möcüzəvi FAYDALARI – Sakitləçdirici dərmanların əsas tərkibidi
23:05 15 Oktyabr 2019
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Pişikotu min illərdir tibdə istifadə olunan dərman bitkisidir. Pişikotu yuxusuzluq əleyhinə ən çox istifadə edilən 5-6 şəfalı bitkidən ən əhəmiyyətlisidir. Onu çiçəklərindən ətir hazırlanarkən istifadə olunur. Həmçinin yuxugətirici funksiyası da var.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu bitki əsəbi narahatlıq, mədə bağırsaq ağrıları, ürək narahatlıqlarında istifadə edilir. Yuxudan tez-tez oyanıb sonra yata bilməyənlər, kabus görənlərə faydalıdır.

Bundan əlavə, menopauza, menstruasiya önncəsi sindrom, baş ağrısı və əzələ ağrıları zamanı istifadə olunur.  Çay kimi də istifadə edilə bilər. Çayı yuxusuzluq üçün istifadə olunursa, yatmadan yarım saat əvvəl içmək daha yaxşıdır.

Bundan başqa bu bitkinin aşağıdakı faydaları vardır:

-Spazm əleyhinə. Bədəndə yaranan spazmanı, bağırsaqlarda ani ağrıları və sancıları yox edir.

-Əsəb mənşəli baş ağrılarına və miqrenə qarşı yaxşı təsir göstərir.

-Pişikotu infarkt riskini əngəlləyir. Əsəblə başlayan sinə və ürək ağrılarına qarşı tədbir olaraq pişikotu istifadə edilə bilər.
 
-Xüsusilə qış aylarında soyuqdəymə və qrip kimi xəstəliklərdə öskürək və asqırığın kəsilməsinə kömək edir.

-Görmə zəifliyi səbəbi ilə meydana gələn baş ağrısının kəsilməsini təmin edir.

-Pişikotu revmatizmaya da mane olur.

-Maddələr mübadiləsinin sürətli işləməsinə kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR