Leyla Abdullayeva: "Həmsədrlər fəaliyyətlərini mandata uyğun həyata keçirirlər"

Leyla Abdullayeva: "Həmsədrlər fəaliyyətlərini mandata uyğun həyata keçirirlər"
17:17 16 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər". 
"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Yerevandan Qarabağa, daha sonra Bakıya səfərinə bildirərkən deyib.  
"Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı vardır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilmiş və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir", - deyə o qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/leyla-abdullayeva-hemsedrler-fealiyyetlerini-mandata-uygun-heyata-kecirirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR