8 gündə 702 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi yeni məlumat yayıb. Bildirilib ki, əməliyyat başlayandan indiyədək 702 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Hazırda antiterror əməliyyatları uğurla davam etdirilir.

Qeyd edək ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR