Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var

Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var
07:37 19 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi Fransanın “Pari Sen-Jermen” futbol komandasının hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.
“Report”un məlumatına görə, bu barədə “Metro FM 95.1” radiostansiyası məlumat yayıb.
Messi etiraf edib ki, Neymarın qayıtması bir sıra amillərə görə çətindir.
“Neymarı geri qaytarmaq çətindir. Əvvəlcə onun “Barselona”dan getməsini təsəvvür etmək çətin idi. İkincisi, onun necə getdiyini xatırlamaq lazımdır.İndi klubda onun geri qayıtmasını istəməyən insanlar var.
Ancaq idman baxımından Neymar dünyanın ən yaxşılarından biridir. Eyni zamanda, digər amillərində əhəmiyyətini başa düşürəm”.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-barselona-da-neymarin-qayitmasini-istemeyen-insanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR