Lənkəranda cüdo üzrə region birinciliyi keçirilib

Lənkəranda cüdo üzrə region birinciliyi keçirilib
23:47 19 Oktyabr 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda yeniyetmə cüdoçular arasında regional birinciliyinə yekun vurulub.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, federasiyanın dəstəyi ilə keçirilən yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.
İlk yarış günündə U-15, ikinci gün isə U-18 yaş qrupu üzrə yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medalları təqdim olunub.
Qeyd edək ki, bundan öncə Göygöl, Naftalan, Mingəçevir, Şamaxı və Xaçmaz şəhərlərində region birincilikləri baş tutub.















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/lenkeranda-cudo-uzre-region-birinciliyi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR