Naxçıvanda keçirilən cüdo yarışının qalibləri məlum olub

Naxçıvanda keçirilən cüdo yarışının qalibləri məlum olub
02:47 20 Oktyabr 2019
126 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında birincilik keçirilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, iki yaş qrupunda təşkil olunan yarışda yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar.
U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.
U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri sahib çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.
U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.





Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/naxcivanda-kecirilen-cudo-yarisinin-qalibleri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR