Bu il 13-17 noyabr tarixləri arasında keçiriləcək, Türkiyənin ilk və tək təcrübi film festivalı olma özəlliyi daşıyan II İstanbul Beynəlxalq Təcrübi Film Festivalının proqramı açıqlanıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Bəyoğlundan Kadıköyə qədər təşkil olunan festival usta rejissorlardan ilk dəfə film çəkən gənc rejissorlara qədər 18 ayrı kateqotiyada, 30 ölkədən 128 qısa və uzunmetraj filmi özündə cəmləşdirəcək. Bundan əlavə müctəlif çıxışlar, partilər, şoular da festivala daxildir.
Keçən il "Phantom İslands" filmi ilə festivalfa "Ən yaxşı uzunmetraj film" adını qazanan Rozbeh Rəşidinin yeni filmi "Luminous Void: Docudrama" denya premyerasınl İstanbulda edəcək. Rejissorun qatılacağı tədbir 14 noyabrda Kadıköydə hıyata keçəcək.