Ronaldu İnstaqramdan 44 milyon qazandı

Ronaldu İnstaqramdan 44 milyon qazandı
16:47 23 Oktyabr 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur futbolçu Kriştianu Ronaldu bir il ərzində İnstaqramdan 44 milyon avro qazanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "La Gazetta Dello Sport" yazıb. Onun sosial şəbəkədə bir paylaşımı 900 min avrodur.

Bir il içində futbolçu 49 reklam paylaşımı edib. İnstaqramdan ən çox pul qazanan ikinci məşhur isə futbolçu Lionel Messi olub. O, 36 paylaşımdan 21,2 milyon avro gəlir əldə edib.

Siyahıda üçüncü model Kendall Cenner olub. O, 14,4 milyon avro qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR