Azərbaycanda sağlamlıq turizminin inkişafı nəzərdə tutan memorandum imzalanmışdır

16:33 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yanvar 16-da Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyası (ASTTDA) arasında uzunmüddətli əməkdaşlıq və assosiativ üzvlük haqqında memorandum imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, AZTA-nın idarə heyətinin sədri Nahid Bağırov və ASTTDA -nın sədri Ruslan Quliyev tərəfindən imzalanan memorandumun əsas məqsədi turizmin inkişafına töhfə vermək, turizm təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək, Azərbaycanın sağlamlıq turizmi imkanlarını xarici ölkələrdə tanıtdırmaq, turizmin bu növünü müasir tələblərə uyğun formalaşdırmaq və səmərəli tərəfdaşlıq etməkdən ibarətdir.
Bu əməkdaşlıq Azərbaycanda sağlamlıq turizminin inkişafında, xarici turistlərin və yeni investisiyaların cəlb olmasında mühüm rol oynayacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_saglamliq_turizminin_inkisafi_nezerde_tutan_memorandum_imzalanmisdir-825316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR