“Liverpul”un futbolçusuna qarşı irqçilik: Cinsiyyət orqanıyla bağlı pankart açdılar - FOTO

“Liverpul”un futbolçusuna qarşı irqçilik: Cinsiyyət orqanıyla bağlı pankart açdılar - FOTO
15:17 24 Oktyabr 2019
91 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Genk" - "Liverpul" oyununda xoşagəlməz hadisə yaşanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, belçikalı azarkeşlər "Liverpul"un futbolçusu Divok Origiyə qarşı irqçilik edib.

Belçikalılar oyun başlamazdan əvvəl 24 yaşlı hücumçunun cinsiyyət orqanı ilə bağlı pankart açıblar.

"Liverpul" rəsmiləri dərhal pankartı yığışdırtdırıb və sərt açıqlama ilə bu hadisəyə münasibət bildirib.

"Genk" - "Liverpul" oyunu qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR