“Qarabağ” – APOEL oyununun ən yaxşıları müəyyənləşib

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turundakı ən yaxşı və ən zəif futbolçuları bəlli olub.

Metbuat.az-ın məlumatına görə, xarici ekspertlər Ağdam klubunun futbolçularının APOEL-lə görüşdəki çıxışını dəyərləndirib.

2:2 hesabı ilə başa çatan qarşılaşmaya start heyətində çıxan “11-lik”lər 10 ballıq şkala ilə qiymətləndirilib. “Qarabağ”ın ilk qolunu vuran Dani Kintana təkcə komandasının deyil, oyunun ən yaxşısı olub – 9,6.

İnamsız çıxış edən qapıçı Asmir Beqoviç və rəqibin ikinci qolunda kobud səhv buraxan Rəşad Sadıqov Ağdam klubunun ən zəifləri sayılıblar. Təmsilçimizin orta qiyməti isə 6,97-yə bərabər olub. Rəqibdə bu rəqəm 6,58-dir.

Qarabağ
1. Asmir Beqoviç – 6,0
2. Qara Qarayev – 7,1
3. Aylton Silva – 7,6
5. Maksim Medvedev – 6,4
8. Miçel – 7,5
10. Dani Kintana – 9,6
14. Rəşad Sadıqov (k) – 6,0
17. Abdullah Zubir – 6,6
20. Riçard Almeyda – 7,4
55. Bədavi Hüseynov – 6,7
99. Queye Maqaye – 6,4

APOEL
27. Vid Belets – 6,7
6. Savvas Gentoqlu – 5,8
8. Lukas Souza – 6,3
9. Linus Hallenius – 7,2
14. Uroş Matiç – 6,9
20. Andriya Pavloviç – 6,6
29. Praxitelis Vouros – 6,8
30. Giorqos Merkis – 7,0
44. Nkolas İoannou (k) – 6,1
90. Vujidan Saviç – 6,8
91. Draqan Mixayloviç – 6,4


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR