Avropa çempionatı: Şahmatçılarımız Çexiya və Rumıniya yığmaları ilə qarşılaşacaq

Avropa çempionatı: Şahmatçılarımız Çexiya və Rumıniya yığmaları ilə qarşılaşacaq
14:52 27 Oktyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında dördüncü turun oyunlarına çıxacaqlar.
"Report" xəbər verir ki, kişilərdən ibarət komandamız Çexiya, qadın yığmamız Rumıniya şahmatçıları ilə üz-üzə gələcəklər.
Kişi şahmatçılar
Şəhriyar Məmmədyarov - David Navara,
Rauf Məmmədov - Jiri Stocek,
Qədir Hüseynov - Peter Miçalik,
Arkadi Naydiç - Viktor Laznicka
Qadın şahmatçılar
Xanım Balacayeva - Korina-İzabela Peptan
Günay Məmmədzadə - İrina Bulmaga,
Ülviyyə Fətəliyeva - Elena-Luminita Kosma,
Türkan Məmmədyarova - Miruna-Daria Lehac
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan komandası birinci və ikinici turu qələbə ilə bitirib. Onlar birinci turda Serbiya, ikinci turda isə Fransa komandalarını məğlub etsə də, üçüncü turda Ukrayna yığmasına uduzublar.
Qadın yığmamız isə birinci turda Latviya və Avstriya şahmatçılarına qalib gəlsə də ikinci turda İspaniya yığmasına məğlub olub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionati-sahmatcilarimiz-cexiya-ve-ruminiya-yigmalari-ile-q

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR