“Qalatasaray” "Beşiktaş"la bacarmadı

Türkiyə Super Liqasının 9-cu turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, turun mərkəzi oyununda "Beşiktaş" klubu ilə əzəli rəqibi "Qalatasaray" üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən derbi "qara qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 69-cu dəqiqədə Umut Bayir vurub. Görüşdə əlavə qol qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR