Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
01:17 1 Noyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
7 turdan sonra xal durumu belədir:
Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.
Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal.   

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bu-gun-azerbaycan-sahmatcilari-ermenilerle-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR