Avropa çempionatı: Azərbaycan yığmalarının Ermənistan və Fransa ilə görüşləri start götürüb

Avropa çempionatı: Azərbaycan yığmalarının Ermənistan və Fransa ilə görüşləri start götürüb
15:37 1 Noyabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

 Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII turun görüşlərinə start verilib. 
"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla, qadın millisi Fransa ilə qarşılaşır.  

*** 10:22
Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII tur qarşılaşmaları üçün heyətləri açıqlanıb. 
"Report"un məlumatına görə, kişilərin mübarizəsində Ermənistanla qarşılaşmada birinci lövhədə Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək. 
Qadınların görüşündə isə əsas lövhədə Günay Məmmədzadə Fransa təmsilçilərindən Sofi Miyyeni sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Komandalararası Avropa çempionatı, VIII tur
1 noyabr
Kişilər
Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Levon Aronyan
Arkadi Naydiç - Qabriel Sargissyan
Qədir Hüseynov - Qrant Melkumyan
Eltac Səfərli - Arman Paşikyan
Qadınlar 
Sofi Miyye - Günay Məmmədzadə
Polen Gişar - Xanım Balacayeva
Almira Skripçenko - Ülviyyə Fətəliyeva
Nataşa Benmesba - Gülnar Məmmədova
7 turdan sonra xal durumu belədir:


Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.
Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/avropa-cempionati-azerbaycan-yigmalarinin-ermenistan-ve-fransa-ile-gorusleri-start-goturub-yeni-leni-r

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR