“Fənərbağça” səfərdən məğlub dönür

Türkiyə Super Liqasında X turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, bu gün 3 görüş keçirilib. Çempionluğa iddialı olan “Fənərbağça” klubu səfərdə autsayder “Kayserispor”un qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Bu məğlubiyyətdən sonra “Fənərbağça” 17 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, “Kayserispor” isə 7 xalla 18-ci sıradadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR