Azərbaycan dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə ABŞ və Almaniyanı qabaqlayıb

Azərbaycan dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə ABŞ və Almaniyanı qabaqlayıb
13:32 4 Noyabr 2019
136 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi 70,8-ə bərabər olub.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express" MMC-yə istinadən xəbər verir. 
Məlumata görə, bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”nda deyilir.
Hesabata görə, Azərbaycan bu indeks üzrə ABŞ (69,2), Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Yaponiyanın dəmir yol nəqliyyatının səmərəlilik indeksi 96-ya bərabər olub ki, bu da ən yüksək göstəricidir. Ən aşağı indeks göstəricisi isə Lesotoda olub.
Ümumiyyətlə, Azərbaycan siyahıda 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, səmərəlilik indeksi tezlik, dəqiqlik, sürət və qiymət kimi kateqoriyalar birləşdirilərək ölçülür. Dəmiryol şəbəkələrinin sıxlığı və ümumi sürücülük səviyyəsi səmərəlilik dərəcələrində öz əksini tapmır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-abs-ve-almaniyani-qabaqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR