Avropada ən aşağı yaşa malik futbolçuların yer aldığı ölkə bəlli olub

Avropada ən aşağı yaşa malik futbolçuların yer aldığı ölkə bəlli olub
15:07 4 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

İsveçrənin “CIES Football Observatory” şirkəti Avropa liqalarında oynayan futbolçuların yaşları ilə bağlı araşdırma aparıb.
"Report" xəbər verir ki, araşdırmaya əsasən, qitədəki 31 liqada oyunçuların orta yaş həddi 10 il ərzində az dəyişib. On il öncə bu göstərici 25,9 olub. 1 oktybar 2019-cu il tarixinə olan məlumatlarına görə, bu rəqəm 26,07 təşkil edir.
Avropa liqalarında ən çox 24 yaşlı futbolçunun olduğunu vurğulanıb.
31 liqada 463 klubda çıxış edən 11 min 692 oyunçu araşdırılıb. Slovakiya çempionatı 24,31 yaş ortalaması ilə birinci, Hollandiya ikinci (24,54), Sloveniya isə üçüncü (24,57) pillədə qərarlaşıb.
Qeyd edək ki, araşdırılan ölkələr içərisində Azərbaycan Premyer Liqası yer almayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropada-en-az-yas-ortalamasina-malik-olan-liqalar-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR