"Napoli"nin futbolçuları klubun bazasına qayıtmaqdan imtina ediblər

"Napoli"nin futbolçuları klubun bazasına qayıtmaqdan imtina ediblər
13:52 6 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Napoli” komandasının futbolçuları UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi “Zaltsburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra klubun bazasına qayıtmaqdan imtina ediblər.
“Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Tankredi Palmeri “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapatdığını açıqlasa da, oyunçular bu qərar riayət etməyiblər.
Matçdan sonra kapitan Lorentso İnsinye klub rəhbərinin oğluna yaxınlaşaraq bunları deyib: “Biz evə yollanırıq. Get, atana söylə”.
Qeyd edək ki, “Zaltsburq”la görüşdən sonra “Napoli”nin baş məşqçisi Karlo Ançelotti mətbuat konfransına qatılmayıb. 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçın yayımçı telekanalı üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər. Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti ilə münasibətlərdəki gərginlik göstərilir.
ÇL-də E qrupunda yer alan “Napoli” 8 xalla 2-ci yerdədir. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə “Cenoa” ilə qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/napoli-nin-futbolculari-klubun-bazasina-qayitmaqdan-imtina-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR