Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallinndəki “Artis Cinema” salonunda Azərbaycan filmi “Nəsimi”nin nümayişi olunacaq.

Metbuat.az xəbər verir ki, baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film Azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.

“Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR