NATO-nun taleyi ilə bağlı ŞOK PROQNOZ: öləcək və...

NATO-nun taleyi ilə bağlı ŞOK PROQNOZ: öləcək və...
21:13 9 Noyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) dəyişməli və təkmilləşməlidir.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.

Dövlət katibi bildirib ki, alyansın gücsüz birliyə çevrilməsi və hökmsüz olması riskinə qarşı yeni addımlar atılmalıdır:

“Qurulmasından 70 il sonra NATO-nun təkmilləşməsi və yenilənməsi dövrümüzün şərtləri, gerçəklikləri və çətinlikləri ilə qarşı-qarşıya gəlməsi lazımdır. Əgər ölkələr NATO-ya lazımi mənbələri təmine tmədən təhlükəsiz olacaqlarını düşünürsə, vədlərini yerinə yetirə bilməyəcəklər. Bu da NATO-nun təsirsiz və hökmsüz birlik olması riskini daşıyır”,- Pompeo deyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron NATO-nun “beyin ölümü” yaşadığını demişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/295674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR