Diqqət yayınanda qaralan ağıllı eynəklər

Diqqət yayınanda qaralan ağıllı eynəklər
21:57 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Yeni ixtira edilən ağıllı eynəklər, bir adamın diqqəti yayınanda avtomatik olaraq qaralır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  keçən illərdə, günəşli havalarda avtomatik olaraq günəş eynəyi kimi davranan fotoxrom linzalar yaradılıb. Narbis şirkəti isə, bu fikirdən ilhamlanaraq bənzərsiz bir texnologiya yaratdı.

Yeni hazırlanan ağıllı eynəklərin şüşələri, diqqətiniz yayınanda avtomatik olaraq qaralır. Eynək, bu sayədə diqqətinizi cəmləməyə yardım edir.

Ağıllı sensorlarla təchiz edilən bu eynəklər; insan bədənindəki diqqət yayınmasını və təmərküzləşmə problemini davamlı izləyir. Əgər bu kimi problemlərdən biri reallaşsa, eynəyin şüşələləri avtomatik olaraq qaralır. Əgər yenidən etdiyiniz işə diqqət etsəniz, eynəyin şüşələri avtomatik olaraq təmizlənib köhnə halını alır.

Bundan əlavə eynəyə bağlı olaraq işləyən bir tətbiq, davamlı olaraq imkanlarınızı izləyib sizə hesabat təqdim edir. Narbis, eynəkləri həftədə iki və ya üç dəfə 30 dəqiqə ərzində istifadə etməyinizi təklif edir.

Narbis, ağıllı eynəklərin planlaşdırılan pərakəndə satış qiymətini isə 690 dollar olaraq açıqladı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR